İngiltərə nəhəngi 17 yaşlı istedadı bu qiymətə alır Tərəflər razılaşdılar

14.03.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Portuqaliyanın "Sportinq" klubunun 17 yaşlı vingeri Jeovani Kenda karyerasını İngiltərə nəhəngində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

Xəbərə görə, gənc oyunçu "Çelsi"yə keçəcək. Mənbə tərəflərin razılığa gəldiyini, "zadəganlar"ın bu keçid üçün qarşı tərəfə 45-50 milyon avro ödəyəcəyini vurğulayıb. Kendanın 7+1 illik müqaviləyə imza atacağı bildirilib. Cinah hücumçusunun növbəti mövsüm Lissabon təmsilçisində qalacağı, 2026-cı ilin yayında "Çelsi"yə qoşulacağı da diqqətə çatdırılıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 43 matça çıxan Jeovani 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью