Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
PSJ-nin qapıçısı Canluici Donnarummanın karyerasını harada davam etdirəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə italiyalı qolkiperin "Mançester Siti"yə keçdiyini vurğulayıb. Bu transferin "şəhərlilər"ə 39 milyon avroya başa gəldiyi bildirilib. Canluicinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atdığı və hər mövsüm üçün təxminən 15 milyon avro maaş alacağı vurğulanıb.
Xatırladaq ki, sözügedən qolkiper ötən mövsüm PSJ forması ilə bütün turnirlərdə 47 matça çıxıb. "Çərçivə" qoruyucusu bu qarşılaşmalardan 17-də qapısını toxunulmaz saxlayıb.
Nihat