Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Milan"ın və Niderland millisinin mərkəz yarımmüdafiəçisi Teyani Reyndersin karyerasını İngiltərə nəhəngində davam etdirəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, onun xidmətində maraqlı olan "Mançester Siti" "qırmızı-qaralar"la bütün məsələlərdə şifahi razılığa gəlib. Teyaninin özü ilə də şəxsi müqavilənin şərtlərini dəqiqləşdirən Mançester təmsilçisi bu keçid üçün "Milan"a 70 milyon avro ödəyəcək.
Qeyd edək ki, cari mövsüm İtaliya klubunun forması ilə bütün turnirlərdə 54 matça çıxan Reynders 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat