İngiltərə nəhəngi özbəkistanlı futbolçu aldı FOTO

10.01.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola Özbəkistan millisinin və  Fransanın "Lens" klubunun 20 yaşlı müdafiəçisi Abdukodir Xusanovun transferini təsdiqləyib.

Milli.Az bildirir ki, daha əvvəl İngiltərə klubunun Fransa klubuna bonuslar da daxil olmaqla 50 milyon avro təklif etdiyi məlum olub. Xusanovun özü ona uzunmüddətli müqavilə təklif edən "Mançester Siti"yə keçməyi səbirsizliklə gözləyir.

Xusanov 2023-cü ildən "Lens"də çıxış edib. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm Xusanov "Lens"in heyətində bütün turnirlərdə 16 oyun keçirib və bir məhsuldar ötürmə edib.//Lent.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью