İngiltərə nəhəngi ulduz futbolçusa heykəl qoyacaq FOTO

05.04.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

İngiltərənin "Mançester Siti" klubu mövsümün sonunda klubdan ayrılacaq kapitanı Kevin De Bruynenin heykəlini ucaldacaq.

Milli.Az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola bunun gerçəkləşəcəyini anons edib.

"Stadionumuz "Etihad"ın ərazisində Kevin De Bruynenin heykəlinin ucaldılacağına mərcə girə bilərəm. Bunun olacağına tam əminəm", - deyə o vurğulayıb.

De Bruyne mövsümün sonunda Mançester təmsilçisindən ayrılacağını aprelin 4-də elan etmişdi.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. O, 10 il ərzində altı dəfə İngiltərə Premyer Liqasını, beş dəfə Liqa Kubokunu, iki dəfə İngiltərə Kuboku və bir dəfə UEFA Çempionlar Liqasını qazanıb. /Teleqraf

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью