İngiltərə nəhəngi Valyadolidin 18 yaşlı futbolçusunu alır

02.12.2024

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Valyadolid”in müdafiəçisi Cuma Ba karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.

Xəbərə görə, Syerra Leonedən olan 18 yaşlı futbolçunun xidmətində "Mançester Siti" maraqlıdır. Mənbə "şəhərlilər"in Banı qarşıdakı qış transfer pəncərəsində sıralarına cəlb etməyi hədəflədiyini bildirib.

Cari mövsümdən “Valyadolid”in əsas komandasına çıxış edən afrikalı oyunçunu digər İngiltərə klublarının - "Kristal Pelas", "Everton" və "Nyukasl"ın da istədiyi diqqətə çatdırılıb.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью