İngiltərə nəhəngi yeni transferinin adını açıqladı

05.06.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"İpsviç"in 22 yaşlı hücumçusu Liam Delap karyerasını İngiltərə nəhəngində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, ulduz futbolçu "Çelsi"yə keçib. 

London nəhəngi onun keçidini rəsmi saytı vasitəsilə açıqlayıb. O, "Çelsi" ilə ilə 2031-ci ilə qədər müddətə müqavilə imzalayıb. İngilis futbolçunun transferi "zadəganlar"a 30 milyon funt-sterlinqə (təxminən 35,6 milyon avro) başa gəlib. 

Liam Delap "İpsviç"də cəmi bir mövsüm keçirib. O, keçən ilin iyulunda "Mançester Siti"dən təxminən 18 milyon avroya alınmışdı. Gənc forvard "İpsviç"də bütün yarışlarda 40 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Komanda mövsümün sonunda 19-cu yeri tutaraq Premyer Liqada qala bilməyib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью