İngiltərə nəhəngindən “Real”ın ulduzu üçün 70 milyonluq təklif

28.11.2024

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərənin “Mançester Yunayted” klubu “Real”ın fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə ciddi maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə ispaniyanın “Fichajes.net” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” 22 yaşlı futbolçu üçün 70 milyon avro təklif etsə də, futbolçunun özü hələ “kral klubu”nu tərk etmək niyyətində deyil.

2024/25 mövsümündə Eduardo Kamavinqa klub səviyyəsində 8 oyun keçirib, 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 100 milyon avro qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью