İngiltərə nəhəngləri Bornmut un müdafiəçisinə “elçi” düşüb

04.05.2025

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bornmut"un müdafiəçisi Din Heysen karyerasını başqa klubda davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "CaughtOffside" portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, 20 yaşlı ispaniyalı ilə "Mançester Yunayted", "Çelsi" və "Tottenhem" maraqlanır.

Qeyd edək ki, Heysen bu mövsüm 33 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunun dəyərini 42 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью