sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Arsenal" və "Mançester Yunayted" "Brugge"un hücumçusu Nikolo Tresoldini heyətinə qatmaq uğrunda mübarizəyə qoşulublar. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Tottenhem" və "Çelsi" də 22 yaşlı alman futbolçunu izləyirlər. Tresoldinin "Brugge" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Lakin Belçika təmsilçisinin onu komandada saxlaya biləcəyi çətin görünür.
Qeyd edək ki, Tresoldi 2025-ci ilin iyulundan "Brugge"nin formasını geyinir. Almaniyalı hücumçu cari mövsümdə meydana çıxdığı14 oyunda 12 qol vurub.
"Transfermarkt" portalı oyunçunun dəyərini 35 milyon avro qiymətləndirir.