Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərə Premyer Liqasının iki böyük klubu – "Mançester Yunayted" və "Tottenhem Hotspur" hazırda "Anderlext"in ümidverici ekvadorlu hücumçusu Nilson Anqulonu yaxından izləyir.
Fanat.Az xəbər verir ki, 22 yaşlı futbolçu bu mövsüm Belçika təmsilçisinin əsas fiqurlarından birinə çevrilib. O, bütün turnirlər daxil olmaqla 4 qol və 8 məhsuldar ötürmə ilə diqqət çəkib.Gənc hücumçunun sürəti, top idarəetməsi və bir-birə epizodlarda effektivliyi Avropa nəhənglərinin marağına səbəb olub.
Məlumata görə, artıq bir çox Avropa klubunun skautu Anqulonun oyunlarını canlı şəkildə izləyib və futbolçu Premyer Liqaya transfer üçün potensial namizədlər arasında yüksək sıralarda yer alır.
"Mançester Yunayted" və "Tottenhem"in qış və ya yay transfer pəncərəsində rəsmi təkliflə çıxış edib-etməyəcəyi hələlik bilinmir. Lakin mövcud tendensiya Anqulonun yaxın zamanda daha böyük arenaya keçid edə biləcəyini göstərir.
Kamil Xudiyev