Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Arsenal”, “Çelsi” və “Liverpul” klubları “Ayntraxt”ın forvardı Ömər Marmuşu transfer etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb. “Arsenal” və “Çelsi” hücumçunu əsas oyunçuya çevirmək istəyir.
Eyni zamanda, "Liverpul" misirli futbolçunu ulduz həmyerlisi Məhəmməd Salahın yerinə gətirməkdə maraqlıdır.
"Transfermarkt" internet portalı 25 yaşlı Marmusun transfer dəyərini 60 milyon avro qiymətləndirir.
Ömərin Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bu mövsüm Marmus "Ayntraxt"ın heyətində bütün yarışlarda 24 oyun keçirib, 18 qol vurub və 12 məhsuldar ötürmə edib.
Heybət Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.