Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Liverpul” klubu “Nyukasl”ın sol cinah müdafiəçisi Lyuis Hollun transferi uğrunda mübarizəyə qoşulub.
İdman.Biz xəbər verir ki, mersisaydlılar macarıstanlı müdafiəçi Miloş Kerkezin inkişafından razı deyillər və bu mövqeyi gücləndirmək istəyirlər.
“Liverpul” 22 yaşlı ingiltərəli futbolçunun vəziyyəti ilə bağlı sorğu göndərib. Hollun transferində “Mançester Yunayted” də maraqlıdır.
“Nyukasl” rəhbərliyi müdafiəçini komandada saxlamaq niyyətindədir. Klub yalnız 80 milyon avroya yaxın və ya daha yüksək təklif alacağı təqdirdə transfer danışıqlarına başlamağı nəzərdən keçirəcək.
Futbolçu uğrunda əsas mübarizənin 2027-ci ilin yayında başlaması gözlənilir.
Qeyd edək ki, Hollun “Nyukasl”la müqaviləsi 2031-ci ilin yayınadək qüvvədədir. “Transfermarkt” portalı müdafiəçinin bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.