Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərənin Kornuoll şəhərində başa çatan məkməmə işində Kral Hərbi Hava Qüvvələrinin keçmiş əsgəri Conatan Beyts 5 il müddətinə azadlıqdan məhrum edilib.
“Cebheinfo.az” xəbər verir ki, Conatan Beyts aralarında keçmiş həyat yoldaşı da olmaqla qadınların fotoşəkillərini “Deepfake” texnologiyasından istifadə edərək seksual xarakterli fotolara çevirib və onlardan qazanc əldə edib.
Beytsin qadınların cinsi məzmunlu fotoşəkillərini böyüklər üçün saytlarda paylaşdığı müəyyən edilib.
Belə ki, Beyts sosial şəbəkələrdə tanış olduğu qadınların fotolarını icazəsiz əldə edib və şəkillərini dəyişdirərək saxta cinsi xidmət elanları yaradıb.
O, həmçinin həmin qadınların şəxsi məlumatlarını da bu saytlara yerləşdirib.
Conatan Beytsə 10 il ərzində qurbanlara yaxınlaşmaq da qadağan edilib.
Zərəçəkənlərin vəkilləri ona verilən cəzanın qeyri-adekvat hesab ediblər.