İngiltərə Premyer Liqası: “Arsenal“ azlıqda qalan “Çelsi“ ilə bacarmadı

30.11.2025

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə Premyer Liqasının 13-cü turu London derbisi ilə əlamətdar olub.

Moderator.az xəbər verir ki, "Çelsi" öz meydanında "Arsenalı qəbul edib.

Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

38-ci dəqiqədə ev sahibi komanda azlıqda qalıb. Buna baxmayaraq, hesabı məhz "zadəganlar" açıblar. Trevo Çaloba 48-ci dəqiqədə fərqlənib. Qonaqlar 11 dəqiqə sonra yarımmüdafiəçi Mikel Merinonun qolu ilə cavab veriblər.

Hazırda "Çelsi" 24 xalla İngiltərə Premyer Liqasında üçüncü yerdədir. Mikel Artetanın yetirmələri isə 30 xalla turnir cədvəlinə liderlik edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью