İngiltərə Premyer Liqası: Arsenal Brentford la bacarmadı

12.04.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

London "Arsenal"ı "Brentford"la görüşdə xal itirib.

Oxu.Az xəbər verir ki, komandalar İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində üz-üzə gəliblər.

"Emireyts" stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.

Hər iki qol ikinci hissədə vurulub. Hesabı 61-ci dəqiqədə "Arsenal" açıb. "Brentford"un cavabı isə 74-cü dəqiqədə gəlib.

Bu görüşdən sonra "Arsenal"ın 63 xalı var. "Topçular" İngiltərə Premyer Liqasının cədvəlində ikincidirlər. "Brentford" isə 43 xalla 11-ci pilləyə yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью