İngiltərə Premyer Liqası: Arsenal dan darmadağın, Çelsi dən geridönüş, Mançester Yunayted uduzdu

20.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, "Arsenal" səfərdə "İpsviç"in qonağı olub.

Meydan sahibləri artıq 32-ci dəqiqədə azlıqda qalıblar. "Topçular" autsayderin qapısından 4 cavabsız qol keçiriblər - 0:4.

"Çelsi" səfər matçında "Fulhem"lə üz-üzə gəlib. "Zadəganlar" ilk hissədə hesabda geri düşsələr də, ikinci hissədə geridönüş etməyi bacarıblar - 1:2.

"Mançester Yunayted" isə doğma meydanda azarkeşlərini məyus edib. "Qırmızı şeytanlar" Old Traffordda "Vulverhempton"a minimal hesabla məğlub olublar - 0:1.

Hazırda "Arsenal" 66 xalla yarış cədvəlində 2-ci, "Çelsi" 57 xalla 5-ci, "Mançester Yunayted" isə 38 xalla 14-cü pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью