Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasının 14-cü turunda "Arsenal" "Mançester Yunayted"i qəbul edib.
Oxu.Az xəbər verir ki, "Emirates" stadionunda keçirilən görüş "Arsenal"ın inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.
54-cü dəqiqədə meydan sahiblərinin niderlandlı müdafiəçisi Yurrien Timber hesabı açıb.
73-cü dəqiqədə fransalı Vilyam Saliba ikinci qolu vurub. Hazırda "Arsenal" turnir cədvəlində üçüncü yerdədir.
Komanda 14 oyunda 28 xal toplayıb. "Mançester Yunayted" 19 xalla 11-ci yerdədir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.