İngiltərə Premyer Liqası: Arsenal səfərdə Everton la görüşdə xal itirdi

05.04.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının XXXI turunda "Everton"la qarşılaşan "Arsenal" liderlik yarışında xal itkisi ilə üzləşib.

Oxu.Az xəbər verir ki, oyuna sürətli hücumlarla başlayan "Arsenal" hesabı 34-cü dəqiqədə açıb. Trossart Sterlinqin ötürməsini qolla tamamlayıb. Fasilədən sonra toparlanan meydan sahibləri hesaba tarazlıq gətiriblər. Nidaye 49-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib - 1:1.

Qeyd edək ki, aktivində 62 xalı olan "Arsenal" lider "Liverpul"dan 11 xal geri qalır, "Everton" isə 35 xalla 14-cüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью