İngiltərə Premyer Liqası: Arsenaldan darmadağın

01.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

İngiltərə Premyer Liqasının 13-cü turunda "Vest Hem Yunayted" və "Arsenal" komandalarının qarşılaşması məhsuldar alınıb.

Oxu.Az xəbər verir ki, görüşdə 7 qol vurulub və "topçular" 2:5 hesabı ilə qalib gəliblər.

"Arsenal"dan Maqalyans, Trossard, Edeqor, Havertz və Saka fərqləniblər.

Bu qələbədən sonra "Arsenal" 25 xal toplayıb. Mikel Artetanın yetirmələri turnir cədvəlində 2-ci yerdədir. "Vest Hem" 15 xalla 14-cü yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью