Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq. Dekabr İngiltərədə yenidən “oyun ardınca oyun” ritmində keçir.
Komandalar həftənin ortasında XIV turun matçlarını başa vurub, artıq həftəsonu onları İngiltərə Premyer Liqanın XV turu gözləyir.
İdman.Biz xəbər verir ki, turun əsas qarşılaşmaları turnir cədvəlinin üst sıralarını təmsil edən iki duel olacaq: “Aston Villa” – “Arsenal” və “Mançester Siti” – “Sanderlend”.
“Aston Villa” – “Arsenal” (6 dekabr) Lider “Arsenal” hazırda üçüncü pillədə olan və titul uğrunda mübarizədə baş rəqiblərdən biri sayılan “Aston Villa”nın qonağı olacaq.
Komandalar arasındakı xal fərqi cəmi altıdır və bu oyun çempionluq yarışına ciddi təsir edə bilər.
Matçın əlavə intriqası isə “Emeri faktoru” ilə bağlıdır. “Aston Villa”nı hələ də “Arsenal”ın sabiq baş məşqçisi Una Emri çalışdırır.
Mikel Arteta isə görüşdən əvvəl bildirib ki, Birminhem səfərini “imkan” kimi görür və qeyd edib ki, “Aston Villa” son mövsümlərdə londonlulara böyük çətinliklər yaradıb.
Hər iki komanda oyuna həftəiçi matçından cəmi 72 saat sonra çıxacaq. Kadr durumu da gərgindir.