İngiltərə Premyer Liqası: Çelsi Mançester Yunayted matçının taleyini tək qol həll etdi

17.05.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında 37-ci turun maraqlı qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, Londonda "Çelsi" və "Mançester Yunayted" üz-üzə gəliblər.

Oyunun taleyini bir qol həll edib. 71-ci dəqiqədə Ris Ceymsin məhsuldar ötürməsini alan "Çelsi"nin müdafiəçisi Mark Kukurella fərqlənərək komandasına vacib 3 xalı qazandırıb - 1:0.

Keçirilən 37 oyundan sonra "Çelsi" 66 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü yerdədir. "Mançester Yunayted" isə eyni sayda oyundan sonra 39 xalla 16-cıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью