İngiltərə Premyer Liqası: Çelsi qələbə sayəsində dördüncü pilləyə yüksəlib

26.04.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 26 aprel, AZƏRTAC

İngiltərə Premyer Liqasında 34-cü tura start verilib.

AZƏRTAC xəbər verir ki, "Çelsi" doğma meydanda "Everton"la qarşılaşıb. Görüş London klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 27-ci dəqiqədə Nikolas Cekson vurub.

Qələbə sayəsində xallarını 60-a çatdıran "zadəganlar" 4-cü pilləyə yüksəlib. Qonaqlar isə 38 xalla 13-cü sırada qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью