İngiltərə Premyer Liqası: Çelsi səfərdə İpsviçə uduzdu

31.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasının 19-cu turunun "İpsviç" və "Çelsi" komandalarının qarşılaşması baş tutub.

Oxu.Az xəbər verir ki, İpsviçdəki "Portman Roud" stadionunda keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Qarşılaşmada hesab 12-ci dəqiqədə açılıb. "İpsviç"in hücumçusu Liam Delap fərqlənib. 53-cü dəqiqədə Omari Hatçinson komandasının fərqini ikiyə çatdırıb.

Bu görüşdən sonra "İpsviç"in 19 oyundan 15 xalı toplayıb və İngiltərə Premyer Liqasında 18-ci yerdədir. Londonun "Çelsi" komandası İngiltərə çempionatının turnir cədvəlində dördüncü yerdədir (35 xal).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью