İngiltərə Premyer Liqası: Çelsi səfərdən üç xalla qayıdır

23.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İngiltərə Premyer Liqasının 12-ci turunda "Lester Siti" və "Çelsi" qarşılaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Lesterdəki "Kinq Pauer" stadionunda baş tutan oyun qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı 15-ci dəqiqədə "zadəganlar"ın hücumçusu Nikolas Cekson açıb. Bu qol ilk hissədə yeganə olub. Enzo Fernandes 75-ci dəqiqədə fərqi artırıb. 90+5-ci dəqiqədə isə meydan sahiblərinin hücumçusu Cordan Ayyu penaltidən bir qolun əvəzini çıxıb.

Hazırda "Çelsi" İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü yerdədir. Komanda 12 matçda 22 xal toplayıb. "Lester Siti" isə 10 xalla 16-cıdır. Yarışa 11 oyundan sonra 28 xalla "Liverpul" başçılıq edir.

https://t.me/oxuaze/114716?single

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью