İngiltərə Premyer Liqası: Çempion Liverpul uduzdu

20.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində "Brayton" - "Liverpul" qarşılaşması baş tutub.

Oxu.Az xəbər verir ki, ki, "Amerikan Ekspress" stadionunda keçirilmiş oyun ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Birinci hissə qonaqların üstünlüyü ilə başa çatıb - 1:2. Harvi Elliott və Dominik Soboslainin qolları qarşılığında Yasin Ayari bir dəfə fərqlənib.

İkinci hissədə "Brayton" üstünlüyü ələ keçirərək, Kaoru Mitoma və Cek Hinşelvudun qolları ilə qələbə qazanıb.

Çempionluğunu təmin etmiş "Liverpul" 83 xalla birinci yerdə qərarlaşdığı halda, "Brayton" 58 xalla səkkizincidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью