futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasında VIII tura start verilib.
Futbolpress.az xəbər verir ki, turun açılış matçında “İpsviç Taun” öz meydanında “Nottingem Forest”i qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşdə tərəflər xalları yarı bölüblər (1:1).
Qonaqlar Neko Uilyamsın 13-cü dəqiqədə vurduğu erkən qolla hesabı açsalar da, “İpsviç” ilk yarının sonlarına yaxın Xulio Entsisonun dəqiq zərbəsi ilə bərabərliyi təmin edib. İkinci hissədə başqa qol vurulmayıb.
Qeydə alınan nəticə:
İngiltərə Premyer Liqası
VIII tur
İpsviç Taun – Nottinqem Forest 1:1
Qollar: Xulio Entsiso, 41 – Neko Uilyams, 13