İngiltərə Premyer Liqası: Liverpul dan qələbə, Çelsi autsayderlə bacarmadı

13.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider "Liverpul" Enfilddə "Vest Hem"i sınağa çəkib.

Meydan sahiblərinin 2 qoluna qonaqlar yalnız 1 dəqiq zərbə ilə cavab veriblər - 2:1.

Digər görüşdə "Çelsi" doğma meydanda "İpsviç"i qəbul edib. "Zadəganlar" autsayder qarşısında 2 top fərqi ilə geri düşsələr də sonda heç-heçəyə nail olublar - 2:2.

Hazırda "Liverpul" 76 xal toplayaraq yarış cədvəlinin vahid lideridir. O ən yaxın izləyicisi "Arsenal"ı 13 xal qabaqlayır. "Çelsi" isə 54 xalla ilk 5-liyi qapayır. "Vest Hem" 35 xalla 17-ci, "İpsviç" 21 xalla 18-ci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью