İngiltərə Premyer Liqası: “Liverpul” və “Çelsi”dən gərgin heç heçə VİDEO

09.05.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İngiltərə Premyer Liqasının 36-cı turunun mərkəzi qarşılaşmalarından biri keçirilib.

İdman.Biz xəbər verir ki, “Liverpul” doğma meydanda “Çelsi”ni qəbul edib.

Görüşdə hesabı erkən qolla meydan sahibləri açıblar. Matçın 6-cı dəqiqəsində Rayan Qravenberk fərqlənərək komandasını hesabda önə keçirib.

London təmsilçisi isə 35-ci dəqiqədə cavab qolunu vurub. Enzo Fernandesin dəqiq zərbəsi hesabı bərabərləşdirib - 1:1.

Qarşılaşmanın qalan hissəsində hesab dəyişməyib və komandalar meydandan hərəyə bir xalla ayrılıblar.

Bu nəticə ilə “Çelsi” məğlubiyyət seriyasını dayandırıb.

Qeyd edək ki, bu heç-heçədən sonra “Liverpul” turnir cədvəlində dördüncü, “Çelsi” isə doqquzuncu pillədə qərarlaşıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью