İngiltərə Premyer Liqası: Mançester Siti autsayderlə bacarmadı

10.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə Premyer Liqasının 36-cı turunda "Sauthempton" "Mançester Siti"ni qəbul edib.

Oxu.Az xəbər verir ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bu mövsüm uğursuz çıxışı ilə yadda qalan eks-çempion 90 dəqiqə ərzində autsayderin qapısına yol tapa bilməyib.

Hazırda "şəhərlilər"in 65 xalı var. Xosep Qvardiolanın komandası İngiltərə çempionatının turnir cədvəlində üçüncü yerdədir. "Sauthempton" isə 12 xalla sonuncu yerdə gedir və artıq Premyer Liqada qalmaq şansını itirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью