İngiltərə Premyer Liqası: Mançester Siti derbidə son dəqiqələrdə məğlub oldu

15.12.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının 16-cı turunda "Mançester Siti" və "Mançester Yunayted" komandaları qarşılaşıb.

Oxu.Az xəb\r verir ki, oyun Mançesterdəki "Etihad" stadionunda baş tutub. Qarşılaşma 2:1 hesabı ilə "qırmızı şeytanlar"ın xeyrinə başa çatıb.

Matçda hesab 36-cı dəqiqədə açılıb. "Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiol fərqlənib. 88-ci dəqiqədə Brunu Fernandeş penaltidən hesabı bərabərləşdirib. 90-cı dəqiqədə "Mançester Yunayted"in hücumçusu Amad Diallo komandasını hesabda irəli çıxarıb.

Qeyd edək ki, "Mançester Siti" 16 oyundan sonra 27 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində beşinci yerdədir. "Mançester Yunayted" 22 xalla 12-ci yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью