İngiltərə Premyer Liqası: Mançester Siti qələbəni əldən verdi

15.01.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasında 21-ci turun görüşləri keçirilir.

Oxu.Az xəbər verir ki, son çempion "Mançester Siti" "Brentford"un qonağı olub.

Bu mövsüm inamsız çıxışı ilə diqqət çəkən "şəhərlilər" yenidən azarkeşlərini məyus ediblər. Fodenin dublu ilə hesabda irəli çıxan komanda son dəqiqələrdə 2 top buraxaraq qələbəni əldən verib - 2:2.

Bu nəticədən sonra "Mançester Siti" 35 xalla yarış cədvəlində 7-ci yeri tutur. Onun rəqibi isə 28 xalla 10-cudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью