Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərə Premyer Liqasında XXIV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, “Mançester Siti” səfərdə “Tottenhem”in qonağı olub.
Matçın ilk hissəsi qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatsa da, fasilədən sonra ev sahibləri hücumlarını gücləndiriblər. London klubu ardıcıl iki qol vuraraq hesabda tarazlıq yaradıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.