İngiltərə Premyer Liqası: Mançester Siti xal itirdi

07.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Kristal Pelas" Premyer Liqanın 15-ci turu çərçivəsində evdə "Mançester Siti" ilə heç-heçə edib - 2:2.

Oxu.Az xəbər verir ki, oyunda ilk qolu 4-cü dəqiqədə "Kristal Pelas"ın yarımmüdafiəçisi Daniel Munyos vurub. 30-cu dəqiqədə Erlinq Holand hesabı bərabərləşdirib. 57-ci dəqiqədə Maksens Lakrua meydan sahiblərini hesabda irəli çıxarıb. 68-ci dəqiqədə "Mançester Siti"nin müdafiəçisi Riko Lyuis yenidən hesabı bərabərləşdirib. O, həm də 84-cü dəqiqədə qırmızı vərəqə alıb.

Hazırda "Kristal Pelas" 16-cı (13 xal), "Mançester Siti" 4-cü pillədə (27 xal) qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью