İngiltərə Premyer Liqası: Mançester Siti xal itirdi

07.12.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Kristal Pelas" Premyer Liqanın 15-ci turu çərçivəsində evdə "Mançester Siti" ilə heç-heçə edib - 2:2.

"Cebheinfo.az" xəbər verir ki, oyunda ilk qolu 4-cü dəqiqədə "Kristal Pelas"ın yarımmüdafiəçisi Daniel Munyos vurub. 30-cu dəqiqədə Erlinq Holand hesabı bərabərləşdirib. 57-ci dəqiqədə Maksens Lakrua meydan sahiblərini hesabda irəli çıxarıb. 68-ci dəqiqədə "Mançester Siti"nin müdafiəçisi Riko Lyuis yenidən hesabı bərabərləşdirib. O, həm də 84-cü dəqiqədə qırmızı vərəqə alıb.

Hazırda "Kristal Pelas" 16-cı (13 xal), "Mançester Siti" 4-cü pillədə (27 xal) qərarlaşıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью