İngiltərə Premyer Liqası: “Mançester Siti” yenə xal itirib AZƏRTAC

26.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 dekabr, AZƏRTAC

İngiltərə Premyer Liqasında XVIII tura start verilib.

AZƏRTAC xəbər verir ki, son həftələrdə istədiyi nəticələri qazana bilməyən “Mançester Siti” doğma meydanda “Everton” ilə qarşılaşıb. Xosep Qvardiolanın komandası bu turda da xal itkisi ilə üzləşib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 14-cü dəqiqədə “şəhərlilər”in heyətində Bernardu Silva açıb. Qonaqların qoluna isə 36-cı dəqiqədə İliman Ndiaye imza atıb.

Bu nəticədən sonra xallarını 28-ə çatdıran “Mançester Siti” 6-cı sırada qərarlaşıb. “Everton” isə 17 xalla 15-ci yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью