İngiltərə Premyer Liqası: Mançester Yunayted səfərdə uduzdu

02.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasının 30-cu turunun oyunları çərçivəsində "Nottingem Forest" - "Mançester Yunayted" oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Matçda yeganə qolu beşinci dəqiqədə Elanqa vurub.

Bu nəticə ilə "Nottingem Forest" xallarını 57-yə çatdıraraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

"Qırmızı şeytanlar" isə 37 xalla 13-cü yerdə qalıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью