İngiltərə Premyer Liqası: Netu və Haalanddan dubl

17.10.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərə Premyer Liqasında VII turun əsas oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Çelsi” səfərdə “Everton”u Pedru Netunun vurduğu iki qolla 2:0 hesabı ilə məğlub edib. “Mançester Siti” öz meydanında “İpsviç Taun”u 3:2 hesabı ilə üstələyib. Erlinq Haaland oyunda dubl edib. “Liverpul” isə səfərdə “Brentford” üzərində iradəli qələbə qazanıb (2:1).

“Fulhem” öz evində “Hall Siti”ni minimal hesabla məğlub edib (1:0). Turun maraqla gözlənilən qarşılaşmasında isə “Aston Villa” səfərdə “Nyukasl Yunayted”i 1:0 hesabı ilə üstələyərək vacib 3 xal qazanıb.

Qeydə alınan nəticələr:

İngiltərə Premyer Liqası

VII tur

Everton – Çelsi 0:2

Qollar: Pedru Netu, 46, 90

Brentford – Liverpul 1:2

Qollar: Kin Lyuis-Potter, 44 – Viktor Munyos, 62, Aleksandr İsak, 70

Fulhem – Hall Siti 1:0

Qol: Aleks İvobi, 33

Mançester Siti – İpsviç Taun 3:2

Qollar: Fil Foden, 19, Erlinq Haaland, 34, 69 – Zian Flemminq, 90 (pen.)

Nyukasl Yunayted – Aston Villa 0:1

Qol: Yohan Mansambi, 36

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью