İngiltərə Premyer Liqası: Nyukasl Mançester Yunaytedi məğlub etdi | Icma.az
Icma.az bildirir, Oxu.az portalına istinadən. İngiltərə Premyer Liqasının 19-cu turunun "Mançester Yunayted" və "Nyukasl" komandalarının qar
Oxu.Az xəbər verir ki, Mançesterdəki "Old Trafford" stadionunda baş tutan oyun 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qarşılaşmada hesab artıq dördüncü dəqiqədə açılıb, "Nyukasl"ın hücumçusu Aleksandr İsak fərqlənib.
19-cu dəqiqədə Joelinton komandasının fərqini ikiyə çatdırıb.
"Mançester Yunayted" 19 oyundan 22 xal toplayıb və İngiltərə Premyer Liqasında 14-cü yerdədir.
"Nyukasl" eyni sayda görüşdən 32 xalla İngiltərə çempionatının turnir cədvəlində beşinci yerdədir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu