İngiltərə Premyer Liqası: Tottenhem Mançester Yunayted matçının taleyini bir qol həll etdi

16.02.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, bu mövsüm uğursuz çıxışı ilə yadda qalan iki komanda - "Tottenhem" və "Mançester Yunayted" arasındakı matçın taleyini bir qol həll edib.

Londonda baş tutan matçda meydan sahiblərindən yarımmüdafiəçi Ceyms Meddisonun 13-cü dəqiqədə vurduğu dəqiq zərbə oyunda yeganə qol olub - 1:0.

Bu qələbədən sonra "Tottenhem" turnir cədvəlinin 12-ci pilləsində yer alır. Komandanın aktivində 30 xalı var. "Qırmızı şeytanlar" isə 1 xal az toplayaraq 15-ci yerdə qərarlaşıblar. Yarışa 60 xalla "Liverpul" başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью