İngiltərə Premyer Liqasında ən yaxşı oyunçu seçildi

10.01.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

"Nyuksl"ın hücumçusu Aleksander İsak digər həmkarlarını qabaqlayıb. İsveçli forvard dekabr ayında Premyer Liqada 6 oyuna 8 qol vurub, 2 qol ötürməsi edib.

Qeyd edək ki, ayın futbolçusu adına "Liverpul"dan Məhəmməd Salah və "Çelsi"dən Koul Palmer də namizəd idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью