İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı baş məşqçisi seçilib

28.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Liverpul"un çalışdırıcısı Arne Slot İngiltərədə mövsümün ən yaxşı məşqçisi seçilib.

Oxu.Az xəbər verir ki, bu barədə İngiltərə Məşqçilər Assosiasiyası məlumat yayıb.

Slot Məşqçilər Assosiasiyası (LMA) tərəfindən təqdim edilən Ser Aleks Ferqyuson mükafatını qazanıb. Təşkilat İngiltərənin dörd ən yaxşı liqasından, eləcə də milli komandalarından olan məşqçiləri təmsil edir.

Slot komandasındakı ilk mövsümündə bu mükafatı qazanan ilk mütəxəssisdir.

Qeyd edək ki, "Liverpul" 2024/25 mövsümündə Slotun rəhbərliyi altında İngiltərə çempionu olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью