Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 3 iyun, AZƏRTAC
Növbəti mövsüm İngiltərə Premyer Liqasının oyunlarında istifadə ediləcək yeni toplar ictimaiyyətə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə çempionatın rəsmi sayı məlumat yayıb.
Yeni toplar Almaniyanın idman brendi “Puma”ya məxsusdur. Əvvəllər İngiltərə çempionatının matçları “Nike” şirkətinə aid toplarla oynanılıb.
Qeyd edək ki, toplardan ilk dəfə bu ilin iyulunda Premyer Liqa klublarının ABŞ turunda istifadə ediləcək.