İngiltərə Superkuboku sensasiya ilə başa çatdı

11.08.2025

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

İngiltərə Superkuboku sensasiya ilə başa çatdı

“Kristal Pelas” “Liverpul”u məğlub edərək İngiltərə Superkubokunu qazanıb.

“Uembli” stadionunda keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. 4-cü dəqiqədə "Liverpul"un yeni futbolçusu Uqo Ekitike ilk qolu vurub. 17-ci dəqiqədə Jan-Filip Mateta penaltidən hesabı bərabərləşdirib. 21-ci dəqiqədə Ceremi Frimponq fərqlənib, 77-ci dəqiqədə isə İsmaila Sarr hesabı yenidən bərabərləşdirdi.

Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn "Kristal Pelas"ın futbolçuları daha dəqiq çıxış edərək kuboku qazanıblar.

İngiltərə Premyer Liqasının (APL) ilk turunda "Kristal Pelas" səfərdə "Çelsi" ilə qarşılaşacaq. Bu görüş avqustun 17-də baş tutacaq. “Liverpul” titul müdafiəsinə avqustun 15-də “Bornmut”la ev matçı ilə başlayacaq.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью