Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Hall Siti” və “Vesterlo” klubları tərəfdaşlığa başlamaq üçün danışıqlar aparır.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.
Yenidən İngiltərə Premyer Liqasına qayıdan “Hall Siti” Belçika klubunu “Çelsi”–”Strasburq” modelinə oxşar tərəfdaş kimi cəlb etməyi planlaşdırır. Məqsəd gənc futbolçuları inkişaf etdirmək üçün “Vesterlo”ya göndərmək və gələcəkdə onları əsas heyətə cəlb etməkdir. Tərəflər arasında hələlik rəsmi anlaşma olmasa da, danışıqlar davam edir.
Hər iki klubun sahibinin türkiyəli olması bu əməkdaşlığı daha real edir. Tərəflər arasında artıq müəyyən əlaqələr var. Ötən mövsüm “Hall Siti”nin 24 yaşlı hücumçusu Enis Destan icarə əsasında “Vesterlo”da çıxış edib.
Gənc oyunçuları inkişaf etdirib satmaq siyasəti yürüdən Belçika təmsilçisi bu yay Naço Ferri (“Feyenoord”), Brayan Reynolds (“Renn”), Emin Bayram, Xosimar Alkoser və Artur Pyedfort kimi gənclərin satışından ciddi gəlir əldə edib.