İngiltərə və Kosta Rika arasında yoldaşlıq matçı təxirə salınıb

10.06.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

İngiltərə və Kosta Rika arasında keçiriləcək yoldaşlıq oyunu təxirə salınıb.

İdman.Biz bildirir ki, oyunun başlaması ABŞ-ın Orlando şəhərindəki hava şəraitinə görə təxirə salınıb.

Oyun ABŞ-ın Orlando şəhərindəki “Exploria” stadionunda keçirilməlidir. Daha öncə hakimin fitinin Bakı vaxtı ilə saat 00:00-da çalınması planlaşdırılırdı.

İngiltərə milli komandası DÇ-2026-da iştirak edəcək. Turnirdə İngiltərə Xorvatiya, Qana və Panama ilə L qrupunda oynayacaq. Kosta Rika dünya çempionatına vəsiqə qazana bilməyib.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью