İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var

13.06.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var

Xəbər verdiyimiz kimi, İngiltərə millisinin dünya çempionatı ərəfəsində oğurlanmış məşq ləvazimatlarının bir hissəsi geri qaytarılıb. 

QOL.az xəbər verir ki, bu barədə məlumatı "The Athletic" nəşri yayıb.

Məlumata görə, itmiş əşyaların bəziləri, əsasən də ayaqqabılar tapılıb. İki şübhəlinin saxlanıldığı bildirilir. Hüquq-mühafizə orqanlarından araşdırmanın davam etdiyi qeyd olunub.

Xatırladaq ki, 2026-cı il dünya çempionatında L qrupunda qərarlaşan İngiltərə millisi Xorvatiya, Qana və Panama ilə qarşılaşacaq. Komanda ilk oyununu iyunun 17-də xorvatlara qarşı keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью