İngiltərədə 2050ci ilədək hər dörd əmlakdan biri daşqın təhlükəsi ilə üzləşəcək AZƏRTAC

24.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

London, 24 dekabr, AZƏRTAC

Böyük Britaniyanın Ətraf Mühit Agentliyinin (EA) hesabatına görə, iqlim dəyişikliyi nəticəsində artan təhlükələr səbəbindən 2050-ci ilədək İngiltərədə təxminən səkkiz milyon əmlak, yəni hər dörd əmlakdan biri daşqın riski altında ola bilər.

AZƏRTAC xəbər verir ki, agentliyin ilk qiymətləndirməsində istiləşən dünyada daşqın təhlükəsinin artdığı bildirilib. Qeyd olunub ki, bu, daha güclü yağıntılar və dəniz səviyyəsinin yüksəlməsi ilə əlaqədardır. Daşqın düzənliklərində daha çox ev tikilərsə, risk altındakı əmlakların sayı arta bilər. Lakin bu say daşqın əleyhinə müdafiə tədbirləri gücləndirilərsə, azala bilər. Hazırda 6.3 milyon əmlakın daşqın riski altında olduğu bildirilir ki, bu rəqəm əvvəlki proqnozlardan daha yüksəkdir.

“Yaşadığımız daşqın hadisələrinin tezliyi və şiddəti daha da güclənə bilər”,- agentliyin daşqın riski strategiyası üzrə direktoru Culi Foley bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью