İngiltərədə 26 yaşlı futbolçu qəfil vəfat etdi

05.11.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərənin "Hendon" klubunun 26 yaşlı yarımmüdafiəçisi Ezekiel (Eze) Uilyams qəfil dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Sentyabr ayından "Hendon"da çıxış edən Uilyams ölümündən cəmi 10 gün əvvəl yeni komandası ilə ilk qolunu vurub. Klubun yaydığı açıqlamada onun mehriban, təvazökar və qayğıkeş insan olduğu, qısa müddətdə kollektivin sevimlilərindən birinə çevrildiyi bildirilib.

Futbolçunun xatirəsinə ehtiram əlaməti olaraq "Hendon"un yaxın günlərdə keçirilməli olan oyunu təxirə salınıb.

Qeyd edək ki, Uilyamsın ölüm səbəbi hələlik açıqlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью