İngiltərədə bu xəstəliyə yoluxma sürətlə artır Mütəxəssislər xəbərdarlıq edir

28.03.2025

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Böyük Britaniyada "gonoreya" (süzənək) xəstəliyinə yoluxma halları sürətlə artmağa başlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər müalicəyə cavab verməyən bu infeksiyanın sürətlə yayılmasının xəstəliyi sağalmaz hala gətirdiyini bildiriblər.

Müalicə edilmədikdə sonsuzluq və çanaq iltihabı kimi sağlamlıq problemlərinə səbəb olduğunu deyən mütəxəssislər, xüsusilə Asiya-Sakit okean ölkələrinə səyahət edənlərə xəbərdarlıq ediblər.

Britaniya səhiyyə rəsmiləri xaricə səyahət edən insanlara qoruyucu vasitələrdən istifadə etmələri barədə xəbərdarlıq edib.

Mütəxəssislər xüsusilə qorunma və müntəzəm testlərin bu infeksiyanın yayılmasının qarşısını aldığını bildiriblər.

Gülay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью